Bir çox məhsul soyuducuda daha uzun müddət təhlükəsiz şəkildə saxlanıla bilər. Ancaq bu, hər məhsul üçün keçərli deyil. Mütəxəssislər tərəfindən aparılan araşdırmalar müəyyən qidaların soyuducuda saxlanmasının sağlamlıq üçün risklərini ortaya çıxarıb.
Tribunainfo.az həmin məhsulları təqdim edir.
Çörək: Çörək üçün ən uyğun saxlama yeri sərin və quru mühitlərdir. Bu üsul tövsiyə edilmir, çünki soyuducuda rütubətə məruz qalan çörək daha tez xarab olmağa başlayacaq.
Soğan: Soğanı olduğu kimi soyuducuya qoymaq onların yumşalmasına və kif əmələ gəlməsini sürətləndirəcək. Nəmə çox həssas olan soğanı soyuducuda saxlamaq istəyirsinizsə, hava keçirməyən qab tapıb soğanı soyduqdan sonra saxlamaq lazımdır. Digər tərəfdən, ən sağlam üsul onu sərin və quru yerlərdə saxlamaqdır.
Banan: Otaq temperaturunda bananın yetişmə prosesi daha sürətli gedəcəyi üçün bananın soyuducuda saxlanması onun kifayət qədər yetişməməsinə səbəb olacaq. Bu o deməkdir ki, banan qida dəyərini itirir.
Bal: Bal soyuducuya qoyulduqda soyuğun təsirindən rəngi qaralmağa və kristallaşmağa başlayır. Bu balın dadına təsir edir. Bunun əvəzinə onu sıx bağlaya və otaq temperaturunda saxlayaa bilərsiniz.
Pomidor: Banan kimi pomidor da yetişmə prosesindən keçən qidadır. Pomidorlara dad verən onların yetişməsidir. Lakin soyuducuda yetişmə prosesi daha uzun sürəcəyi üçün soyuducudan çıxardığınız pomidorların dadı tam dadlı olmayacaq və qida dəyəri azalıb yox olacaq. Bunun əvəzinə pomidorları sərin, quru yerdə saxlaya bilərsiniz.
Ananas: Yetişmə prosesindən keçən digər meyvə də ananasdır. Ananas da soyuducuda saxlanılmamalıdır. Soyuducuda saxlansa, yetişməyəcək və dadsız, quru və xırdalanmış halda qalacaq.
Kartof: Nişasta soyuq mühitlərdə daha sürətli şəkərə çevrilir. Tərkibində yüksək miqdarda nişasta olan kartof bu səbəbdən soyuducuda deyil, sərin və quru yerdə saxlanmalıdır. Bundan əlavə, soyuducuda olan kartof yumşalmağa və dadını itirməyə başlayır.
Şokolad: Tərkibində şəkər və yağ olan şokoladı soyuducuda saxlamaq şokoladın dadını pozar. Bunun əvəzinə sərin və quru mühitləri seçə bilərsiniz.
Qəhvə: Kəskin qoxusu və dominant dadı ilə sevilən qəhvəni soyuducuda saxlasanız, qısa müddətdə həm qoxusu, həm dadı itməyə başlayacaq və qəhvə bayatlaşacaq. Qəhvəni sərin, quru mühitdə saxlayın.
Sarımsaq: Sarımsağı soyuducuda saxlamaq onun qısa müddətdə kiflənməsinə və yumşalmasına səbəb olacaq. Buna görə quru və sərin mühitləri seçmək daha yaxşı olardı.