Gənclər və İdman Nazirliyi (GİN) ötən gün elan etdiyi tenderin nəticələrinin ləğv olunması barədə xəbər yayıb.
Tribunainfo.az bildirir ki, söhbət bədən tərbiyəsi və idman tədbirləri ilə əlaqədar sərnişin daşıma xidmətinin satın alınmasından gedir.
Belə ki, GİN həmin tədbirlərə sərnişin daşımaq üçün 267 min 329 manat vəsait ayrılmasını nəzərdə tutub. Lakin Anti İnhisar vvə İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu rəqəmi uyğun bilməyib. Habelə qanunun bəzi tələblərinin pozulduğunu açıqlayıb.