Fələstin əsilli məşhur supermodel Gigi Hadid İsraillə HƏMAS və Yaxın Şərq arasında yaşanan hadisələrdən sonra susqunluğunu pozub.
Tribunainfo.az verir ki, “Fələstinlilər üçün ümidlərim və arzularım var, lakin bunların heç biri bircə yəhudiyə belə zərər verməyi əhatə etmir” deyən Hadid “Həm fələstinli, həm də yəhudi sevdiklərimə başsağlığı verirəm” deyə sosial şəbəkə hesabında qeyd edib.