Gəzintinin beyin üçün faydaları

Gəzintinin beyin üçün faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fiziki aktivlik sağlamlığın qorunmasında vacib rol oynayır və orqanizmin müxtəlif sistemlərinə müsbət təsir göstərir.

Tribunainfo.az xəbər verir ki, gəzinti — sadə və hər kəs üçün əlçatan fiziki fəaliyyət forması olaraq — beyin funksiyalarına və idrak qabiliyyətlərinə də müsbət təsir edə bilər.

1. Beyinə daha çox oksigen gedir
Fiziki fəaliyyət zamanı, o cümlədən gəzinti zamanı, ürək daha sürətli döyünür və bədənə daha çox oksigen daxil olur. Bu da qan dövranını yaxşılaşdırır və nəticədə beyin daha çox qidalandırıcı maddə və oksigen alır. Beyində yüksək oksigen səviyyəsi yaddaş və idrak funksiyalarının yaxşılaşmasına kömək edir.

2. Neyrogenezə stimul verir

Neyrogenez — beynin yaddaş və idrak üçün cavabdeh olan hipokamp adlı hissəsində yeni neyronların yaranması prosesidir. Fiziki fəaliyyət, o cümlədən adi gəzinti, bu prosesi stimullaşdıra bilər ki, bu da beyin fəaliyyətini gücləndirir.

3. Stresi azaldır, əhvalı yaxşılaşdırır
Stres beynin fəaliyyətinə mənfi təsir göstərir. Gəzinti kimi fiziki məşqlər stressi azaltmağa və onun idrak funksiyalarına təsirini minimuma endirməyə kömək edir.

4. Beynin qocalmasının qarşısını alır

Yaş artdıqca beyin funksiyalarında zəifləmə baş verir. Müntəzəm gəzinti beyin qocalmasının sürətini azalda və idrak qabiliyyətlərinin daha uzun müddət qorunmasına yardımçı ola bilər.

5. Yuxu keyfiyyətini artırır

Müntəzəm idman və gəzinti yuxunun keyfiyyətini yaxşılaşdırır. Yaxşı yuxu isə beynin optimal işləməsi və yaddaş üçün son dərəcə vacibdir.Araşdırmalar göstərir ki, müntəzəm gəzinti və fiziki fəaliyyət beynin və idrak funksiyalarının ümumi vəziyyətinə müsbət təsir göstərir.
Gəzinti — asan, pulsuz və faydalı bir fəaliyyətdir. O, qan dövranını yaxşılaşdırır, yeni beyin hüceyrələrinin yaranmasına şərait yaradır, stressi azaldır, əhvalı yüksəldir və yuxunu yaxşılaşdırır. Beyin sağlamlığını qorumaq üçün gündəlik gəzinti planı tərtib etmək tövsiyə olunur.

İmran Kərimli