“Zəngəzur dəhlizi İran ərazisindən keçən şimal–cənub nəqliyyat marşrutlarına rəqib rolunda çıxış edə və ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər”.
Tribunainfo.az xəbər verir ki, bunu İran parlamentində Germi şəhərini təmsil edən deputat Məhəmməd Xoşsima deyib.
O iddia edib ki, dəhliz Türkiyə və Azərbaycanın regional əlaqələrini gücləndirə, onların Qafqazdakı təsirini artıraraq İranın strateji maraqlarına zərər vura bilər. “Zəngəzur dəhlizi İranın mal və enerji tranzitindəki rolunu zəiflədə, şimal–cənub dəhlizlərinə ciddi rəqabət yarada bilər”.
Fərda Uğur