Şimali Atlantika İttifaqı (NATO) və Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasındakı gərginliklə əlaqədar bəyanat verib.
Şimali Atlantika İttifaqı (NATO) və Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasındakı gərginliklə əlaqədar bəyanat verib.
TİA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq ittifaq üzvləri olan Türkiyə və Hollandiyaya gərginliyin azaldılması üçün çağırış edib.
“Bütün müttəfiqləri bir-birinə qarşılıqlı hörmət göstərməyə və sakit davranmağa çağırıram. Gərginliyi azaltmaq və vəziyyəti sakitləşdirmək üçün bizi birləşdirən şeylərə diqqətimizi yönəltməliyik”, – NATO-nun baş katibi bildirib.
Avropa İttifaqı isə Türkiyəni vəziyyəti gərginləşdirəcək bəyanatlar və hərəkətlərdən qaçmağa çağırıb.
Bəyanatda bildirilir ki, Türkiyədə Kostitusiyaya edilməsi planlaşdırılan dəyişikliklər quruma namizəd ölkə statusunun gətirdiyi şərtlər çərçivəsində yenidən qiymətləndiriləcək.
Qeyd edək ki, Niderland hökumətinin Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi, eyni zamanda ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxılmaması Ankara və Amsterdam arasında gərginlik yaradıb.