Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.
Dağıntılar altında içində bir ailə – ata, ana və 9 yaşlı oğulları – olan avtomobil tapılıb.
Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.
Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.