“Gent”in daha iki futbolçusu “Qarabağ”la oyunu buraxa bilərbackend

“Gent”in daha iki futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gent”in daha iki futbolçusu Belçikada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını buraxa bilər.
Bunlar müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsagerdir.

Okumu Bakıdakı ilk görüşdə xəsarət alıbsa, Hülsager “Aud-Heverle Lövyen”lə çempionatın XXVI tur oyununda sıradan çıxıb.
Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşüb.
Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb.
///Report