Rusiya Müdafiə Nazirliyi dünən Baş Qərargah rəisi Valeri Gerasimovun türkiyəli həmkarı Hulusi Akar və amerikalı həmkarı Cozef Danfordla Antaliyada keçirdiyi görüşün detallarını açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi dünən Baş Qərargah rəisi Valeri Gerasimovun türkiyəli həmkarı Hulusi Akar və amerikalı həmkarı Cozef Danfordla Antaliyada keçirdiyi görüşün detallarını açıqlayıb.
TİA.AZ xəbər verir ki, görüş zamanı Suriyada gələcəkdə terrorçu qruplaşmalara qarşı mübarizə üsullları ilə bağlı müzakirələr aparılıb.
“Bütün tərəflər Suriyadakı əməliyyat zamanı arzuolunmaz hadisələrin qarşısının alınması üçün birgə tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Toplantıda Suriya və İraqdakı regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb”, – Nazirliyin bəyanatında bildirilib.