Bu gün Sabunçu rayon məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının oxunması davam edib.
Dövlət ittihamçısı ittiham aktının Teymur Quliyev və Fərhad Atayevlə bağlı hissəsini elan edib. Hər ikisi özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses günün ikinci yarısında davam etdiriləcək.