backend

Generalın xuliqan oğlunu hansı cəza gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov xuliqanlıq əməlinə görə həbs edilib. Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov xuliqanlıq əməlinə görə həbs edilib.

Baş Prokurorluğun rəsmi məlumatına görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tanınmış vəkil Adəm Məmmədov AzVision.az-a bildirib ki, barəsində irəli sürülən ittihamla general oğlunu 2 ilədək müddətə islah işləri və 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

“221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Az ağır cinayət kateqoriyasına aid olduğu üçün isə əksər hallarda həbs qətimkan tədbiri seçilmir. Həbs qətimkan tədbirinin seçilməsi nadir hallarda olur ki, bu general oğluna şamil edilib. Çox güman ki, onu 2 ilədək müddətə islah işləri və 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir”.

Xatırladaq ki, xuliqanlıq edən sürücü Rüstəm Orucov general Novruzəli Orucovun oğludur. Oğlunun qanunsuz əməllərinə görə, N.Orucov prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.