Bakıda şəhərin mərkəzində yerləşən binaların birinin divarına vurulan məlumat lövhəsindəki səhvlər tənqid edilib.Tribunainfo.az yazır ki, Fransa Müqavimət Hərəkatının başçısı general De Qollun şərəfinə qoyulan məlumat lövhəsi səhvlərlə doludur.
Lövhədə orfoqrafik şəhvlərə yol verilib. “Müqavimət” sözü “mügavimət” kimi, “qalmışdır” sözü isə “galmışdır” kimi yazılıb.
Maraqlıdır ki, səhvlərlə dolu lövhə heç bir düzəliş edilmədən divara vurulub.