Prezident İlham Əliyev 10 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edib.
Tribunainfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru əlavə olunub.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.