Tovuz döyüşlırində qəhrəmancasına şəhid olan general Polad Həşimovun qatili bu gecə keçirilən əməliyyatlar zamanı məhv edilib. TİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.
Məlumatda deyilir ki, Polad Həşimovu şəhid edən və bu əməlunə görə Ermənistanın baş naziri Nikol Paşunyan tərəfindən “milli qəhrəman” ordeni ilə təltiflənən terrorçu Ruben Sanamyan Azərbaycan Ordusunun əsgərləri tərəfindən öldürülüb.
Erməni mənbələri terrorçunun cəbhənin hansı istiqamətində zərərsizləşdirildiyi barədə məlumat verməyiblər. Güman edilir ki, Ruben Sanamyan Hadrut məntəqəsində gedən döyüşlərdə əsgərlərimizin gülləsinə tuş gəlib.
Qeyd edək ki, terrorçu Ruben Sanamyanın öldürülməsi xəbərini Ermənistan Müdafiə Nazirliyi hələlik təsdiqləməyib. Yəqin ki, təsdiqləməyəcək də. Çünki iki ay əvvəl “qəhrəman” elan edilən hərbçilərinin məhv edilməsi ölkə içində panikaya səbəb ola bilər.