General-mayor təqaüdə göndərildi – YENİ TƏYİNAT

General-mayor təqaüdə göndərildi – YENİ TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiyadakı səfirliyinin tərkibindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov vəzifəsindən azad olunub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə polis polkovniki Elşad Süleymanov təyin olunub.