General-mayor Dadaş Rzayev tutduğu vəzifədən azad olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

 

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

Novator.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, Respublika Veteranlar Təşkilatının sədri general-mayor Dadaş Rzayevin səhhətində problemlər yaranıb, nəticədə təşkilatın gündəlik fəaliyyətində bəzi məsələləri daha operativ həll etmək baxımından çətinliklər ortaya çıxıb.

Respublika Veteranlar Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin bununla əlaqdar yaydığı açıqlamada deyilir: “Təşkilatın ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.

Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul olunub”.

Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. 1959-cu ildə SSRİ Hərbi Hava Desantçıları Məktəbini, 1973-cü ildə M.F.Frunze adına Ali Hərbi Akademiyanı bitirib, SSRİ-nin müxtəlif hərbi hissələrində xidmət edib. Sovet ordusunda hərbi xidmətini əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi başa vurub.

1990-cı illərin əvvəllərində vətənə dönüb, 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində işləyib. 1991-ci ilin sentyabrında milli özünümüdafiə qüvvələrinin komandanı – Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini təyin edilib. Həmin ilin dekabrında polkovnik Dadaş Rzayev general-mayor hərbi rütbəsinə layiq görülüb.

1993-cü il fevralın 21-dən 1993-cü il iyunun 17-dək Azərbaycanın müdafiə naziri olub.

Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olan Dadaş Rzayev Respublika Veteranlar Təşkilatına 2014-cü il yanvarın 28-dən sədrlik edirdi.