General-leytenantın adı nazirliyin saytından da çıxarıldı

General-leytenantın adı nazirliyin saytından da çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qaynarinfo bu ilin fevral ayında fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yaymışdı. Həmin vaxt xəbər nə təsdiq, nə də təkzib edilməmişdi. 
6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında da Ragim Lətifovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb.
Sabiq nazir müavinin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir