Qarabağdakı separatçıların nümayəndəsi David İşxanyan deyib ki, Rusiya sülhməramlıları Bakıdan göndərilən yük avtomobillərinin buraxılmasını istəyirlər.
Tribunainfo.az yazır ki, onun açıqlamasından məlum olub ki, rusların yeni komandanı general Kirill Kulakov artıq Qarabağda fəaliyyətə başlayıb.
Sitat: “Onlar bizimlə danışıqlar aparırlar. Yəqin ki, sülhməramlıların yeni komandanı ümumi vəziyyətdən məlumatlı deyil. Ümid edirik ki, danışıqlar qarşılıqlı anlaşma şəraitində başa çatacaq”.