Rusiyanın 5-ci ümumqoşun ordusunun komandanı, general Valeri Asapovun Suriyada həlak olmasının bəzi təfərrüatları üzə çıxıb.
Rusiyanın 5-ci ümumqoşun ordusunun komandanı, general Valeri Asapovun Suriyada həlak olmasının bəzi təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr generalın sentyabrın 23-də Deyr-əz-Zor şəhərində gedən döyüşlərdə həlak olduğunu deyiblər. Mənbələr təsdiq ediblər ki, generalın olduğu komanda məntəqəsinə minaatan mərmisi düşüb.
“General sözün əsl mənasında parça-parça olub, adamdan heç nə qalmayıb. Onun dayandığı məntəqə ön xəttdə idi”-mənbə bildirib.
Generalla birlikdə iki polkovnikin də həlak olduğu bildirilir, lakin Müdafiə Nazirliyi bu barədə şərh vermir. Asapovun bir ilə yaxındır Suriyada xidmət etdiyi bildirilir. O.nun ölümü barədə xəbər ötən gün yayılıb.