Dünən “Gənclik Mall” Ticarət Mərkəzindən oğurluq edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, oğurluğu törədən C.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Belə ki, C.B. “Gənclik Mall”dakı “New Yorker” mağazasından qiyməti 120 manat bir ədəd papaq oğurlayıb.
O, məhkəmə ifadəsində hadisəni törətdiyini etiraf edib və əməlindən səmimi peşman olduğunu bildirib. Həmçinin bir daha belə hallara yol verməyəcəyini deyib və barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edib.
Məhkəmə onun peşmanlığını nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 160 saat ictimai işlər növündə tənbeh tətbiq edib. Həmin şəxs iclas zalından azad olunub.