Mart-Aprel aylarında baş verənlər münasibətim sözün əsl mənasında pisin pisidir. Gənclərə qarşı bu aqressiyanın arxasında nəyin durduğu məlum olsa da mahiyyətində məlumsuzluq var. Əgər bir gəncin sosial iqtisadi problemi varsa və bu problemə görə çabalayırsa və bu çabadan doğan istəkləri varsa onlara həssas yanaşmalı, problemləri dinlənilib həll edilməlidi. Bizdə isə nə baş verir?! Təbii ki əksi.
Məşhur Yapon fəlsəfəsinə görə yaranmış problemi problem yaratmaqla həlli ən qısa və səriştəsiz yoldu. Onun düşüncələrinin qeydində yazılırdı: onun problemini dinlə və dinlə.
Bizdə isə yaranmış problemə görə dinləmək ümimiyyətlə siyahıda yoxdu.
Və ən əsası buna görə ölkədən beyin axının xaricə köç etməsi düşündürücüdü, ağırdı. Aktiv gəncləri zor gücünü bezdirmək, özünə tabe etdirmək, mitinqlərə çıxmasının qarşısını almaqla nəyəsə nail olmağı düşünmək belə utancvericidi. Tabe olanları tabe ertmək, tabe olunmayanları şərləyib həpsə atmaq sözün əsl mənasında rəzalətdi.
Yaranmış problemlərlə bağlı artıq tərəfimizdən hesabatlar hazırlanır, beynəlxalq təşkilatlara cağrışlar edilir. Bu duruma son deməyin zamanı çoxdan çatıb. Bu hakimiyyət ya durmalıdı, ya da durmalıdı.
Uzun müddət gənclərlə çalışdığımdan deyə bilərəm ki, gəncliyimiz çox savadlı və bacarıqlıdı. Amma onlar üçün yaradılmış, daha dəqiq ifadə etsək yaradılmamış şərait onların etirazına səbəb olur. Onlarda istəyirlər normal təhsiı alıb karyera qursunlar. Onların bu istəyinin qarşısını almaq üçün isə təziq göstərilməsi yolverilməzdi. Bir daha düşünmək lazımdı, cənablar!
Müəllif: Xaricdə təhsil eksperti İsgəndər Ağayev