Ötən gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Azərbaycan detektiv yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.
Ötən gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında “Açıq söhbət” layihəsi çərçivəsində Azərbaycan detektiv yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib.
Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək yazıçını və fəal gəncləri salamlamış,Çingiz Abdullayevin həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu güngənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.
N.Novruzov çıxış edərək qeyd etdi ki, Çingiz Abdullayev dünya səviyyəsində tanınan bir yazıçıdır. Müxtəlif dillərə nəşr olunan əsərlərinin motivləri əsasında filmlər çəkilib.
Çıxış edən Azərbaycan detektiv yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev qeyd etdi ki, son dövrlərdə gənclər arasında elmə, biliyə və ümumilikdə öyrənməyə olan maraq, həvəs azalmış və ümumilikdə kitaba olan münasibət dəyişmişdir. Bununla yanaşı, gənclər oxumağın sadəcə məktəb və universitet dərsliklərini oxumaqla məhdudlandığını düşünür, heç bir əlavə məlumatın öyrənilməsinə maraq göstərmir, fərqli mövzularda dar dünya görüşünə malik olurlar ki bu da onların hərtərəfli təfəkkür qabiliyyətinin aşağı olmasına təsir göstərir. İstər fərdlərin ayrı-ayrılıqda bir şəxsiyyət olaraq, istərsə də cəmiyyətin ümumilikdə hərtərəfli inkişafının əsasında elmin dayandığına inanaraq gənclər arasında kitaba, oxumağa, elm öyrənməyə həvəsin artırılması və bu prosesin ömür boyu davam edən zövqverici bir fəaliyyət olduğu təfəkkürünü vurğuladı. Bildirib ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan Ç.Abdullayev bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü gəncləri maraqlandıran sualları cavablandırıb.
Daha sonra Azərbaycan xalq yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Abdullayev kitablarını imzalayaraq gənclərə hədiyyə etdi.
Sonda Azərbaycan ədəbiyyatının inkişafına layiqli töhfələr verdiyinə görə Azərbaycan detektiv yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunmuşdur.