Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) Gəncə, Şəki şəhərlərində və Qazax rayonunda Olimpiya İdman Komplekslərinin təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınmasınə həyata keçirə bilməyəcək. Tribunainfo.az xəbər verir ki, buna səbəb Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin (AİİBNX) elan edilmiş tenderin nəticələrini ləğv etməsidir.
Xidmətin tərtib etdiyi ləğvetmə protokolunda qeyd edilir ki, dəyəri 414.720,66 manat olan tender üzər işlərin qiymətləndirilməsi şişirdilib. Bununla da mövcud qanunvericiliyin bir sıra tələbləri pozulub.
Xatırladaq ki, gənclər və idman naziri Fərid Qayıbovdur.