Bu gün Azərbaycanda “Gənclər Günü” qeyd olunur.
Bu gün Azərbaycanda “Gənclər Günü” qeyd olunur.
Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı TİA.AZ-a bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual qüvvə kimi görmək istəyi dayanır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri dövlətin idarəçiliyində yaxından iştirak edirlər”.
Azərbaycan gəncliyi daim dövlətçilik maraqlarından çıxış etdiyini, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimada layiq olmağa çalışacağını bildirən Fərid Şahbazlı Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib”.
NİLUFƏR