Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 14 yanvar tarixində Qəbələ rayonunda həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsinin tədbiri 14 yanvar tarixində Qəbələ rayonunda həyata keçirildi.
Təlimdə şagird – müəllim kollektivi, tələbələr, ictimai fəal gənclər, QHT və KİV nümayəndələri iştirak etdilər. Təlimdə Gənclər Mərkəzi İ.B-nin direktoru Kənan Qubadzadə çıxış edərək iştirakçıları layihə barədə məlumatlandırdı. Layihənin məqsəd və vəzifələri haqqında ətraflı informasiyalar çatdırdı. Hələ 2011-cü ilin prezident cənab İlham Əliyev tərəfindən “Turizm ili” elan olunması və bu çərçivədə görülən işlər, bu işlərin icrası prosesində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. O, bildirdi ki, qeyri-neft sektorunun inkişafı prosesində turiznin inkişaf etdirilməsi ən vacib prioritetlərdəndir. Çıxış edən ekspertlər kənd turizminin iştirak etdirilməsi, xüsusilə bu prosesdə gənclərin iştirakının təmin olunmasını hər zaman aktual olduğunu və daim diqqətdə saxlandığını söylədilər. Hər bir işin başında maarifləndirmə və təbliğatın durduğunu qeyd edən ekspert A.Sarıyev gənclərin bu sahədə rolunun əvəzolunmaz olduğunu bildirdi. Qəbələnin potensial turizm regionu və bir çox dövlət əhəmiyyətli gənclərlə bağlı tədbirlərin burada keçirildiyini qeyd edən ekspert layihənin reallaşdırılması üçün Qəbələ rayonunun seçilməsinin bu nöqteyi-nəzərdən təsadüfi olmadığını diqqətə çatdırdı. Daha sonra müzakirələr təşkil olundu. İştirakçılrın sualları cavablandırıldı. Qəbələ gənclərə kənd turizminin təbliği üçün buklet və broşurların paylandı, üzərində Gənclər Fondunun və Gənclər Mərkəzinin loqoları olan cib təqvimləri paylandı. Təlim iştirakçılarına sertifikatlar təqdim olundu.