Gənclər niyə ailə qurmaq istəmir? – ANALİZ

Gənclər niyə ailə qurmaq istəmir? – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə Azərbaycanda gənclərin ailə qurmağa marağının azaldığı müşahidə olunur. Rəsmi statistikaya görə, nikahların sayı azalır, lakin subay gənclərin faizi artır. Mütəxəssislər bu tendensiyanın həm iqtisadi, həm də psixoloji səbəblərlə bağlı olduğunu deyirlər. Bahalaşan həyat şəraiti, mənzil problemi və gəlir çatışmazlığı ailə planlarını arxa plana keçirir. Digər tərəfdən, gənclər arasında emosional yorğunluq, münasibətlərə inamsızlıq və məsuliyyətdən qaçış kimi hallar da artmaqdadır.

Tribunainfo.az-a mövzu ilə bağlı danışan iqtisadçının açıqlamasını təqdim edirik:

İqtisadiyyat Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, məsələnin iqtisadi yönündə həm dövlət həm də sıravi vətəndaş tərəfi var. Dövlət tərəfindən iqtisadi səmərə təşkil etmir. Nigahların sayının az olması, boşanmaların artması, subay gənclərin faizinin artması buna bariz nümunədir. Çünki bu günün subay gənci artıq yaşlı nüfuzun artması deməkdir. Gələcəkdə yaşlı nüfuzun artması isə Avropadakı kimi pensiya və müavinətlərin artması deməkdir. Bu da təbii ki, Dövlət üçün əlavə öhdəlikdir. Həmçinin yaşlıların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması üçün ayrılan maliyyə vəsaitinin artması deməkdir. Ona görə də dövlətimiz üçün iqtisadi səmərə təşkil edir.

İqtisadçı, siravi vətəndaşlarla bağlı məsələyə təfəkkür aspektindən yanaşaraq bildirib:

“Məsələnin təfəkkür və psixoloji tərəfi daha çoxdur. Əvvəlki illərdə, bizim anamızın, nənəmizin dönəmlərində Bir gənc ailə qururdusa, ailə üzvləri ilə bərabər yaşayırdı. Lakin, son 25-20 ildə bu bağlar tamamilə qopdu. Düşüncə tərzi, ailə mədəniyyəti tamamilə dəyişdi. Bu da əlavə öhdəliklərin, iqtisadi maliyyə şəraitinin artması deməkdir. Təbii ki, bu gün ailə quran bir gənc, ya kirayədə qalır, ya da ipotekaya ev götürür. İndiki gənclər öz, ailəsi ilə bir ortamda yaşamırlar. İnflyasiyanın sürətini nəzərə aldıqda, ev qiymətləri, mənzil bazarı əvvəlki illərlə müqaisədə çox-çox qiymət artımı müşahidə olunur. Düzdür, hər dövrün öz çətinliyi vardı. Lakin, bir mənzili əldəetmə müddəti var. Əldəetmə müddəti Hal-hazırkı dövrümüzdə daha çoxdur. Ailə modelinə uyğun olaraq indi daha çətindir. Çünki bir gəncin orta maaş həddi məlumdur, hətta daha aşağı məbləğə çalışanlar da var. İndi ailələr məcburdur, ki hər iki nəfər çalışsın. Yaxud da bir nəfərin maaşı orta və onun üzərində olmalıdır ki, ipoteka ödənişlərini çıxdıqdan sonra o öz ailəsinin normal şəraitini təmin edə bilsin”.

Nigahların pozulmasının iqtisadi duruma çətinlik yaratmasından bəhs edən G. Hüseynova qeyd edib:

“Həmin ailələrin əksəriyyəti sosial yardım alırlar. Bəziləri kağız üzərində nigahı pozub, birlikdə yaşadıqları təqdirdə sosial yardım alırlar. Bu da məsələnin kökündə, dərinliyində cuzi də olsa iqtisadi səbəblər yaradır. İqtisadi və maliyyə baxımından əhalinin maarifləndirilməsinə ehtiyac var. Çünki valideynin deyə bilmədiyini biz iqtisadçılar dəfələrlə deyirik. Buna rəğmən də ölkənin iqtisadi vəziyyətini dəyişə bilməmişik. Əgər bir gənc 30-33 yaşında ailə qurursa, bu şəxs 16-17 yaşından işləyibsə, ali təhsil almayıbsa, 10-15 ildə o, boş bir həyat sürüb. Həmin şəxslər özü ilə birgə ailəni də səfalətə sürükləyir. Bu çox ciddi məsələdir. Bu faiz nisbəti çoxdursa, ilk növbədə gənclər maliyyə dayanıqlığını təmin etməli, ondan sonra ailə həyatı qurmalıdır. Amma inkişaf etməyən, irəliləməyə şəxslər ailə həyatı quraraq 3-4 uşaq da dünyaya gətirir. Öz yaşadığı səfaləti övladlarına, həyat yoldaşına yaşadır. Nəticədə boşanmaların sayı daha da artır”.

Boşanmaların artma səbəbindən danışan ekspert vurğulayıb:

“Media vasitəsilə olan və yaxud da olmaq istəyən həyat səviyyəsinin göstərilməsi də təbii ki, ailələrin pozulmasına təsir edən səbəblər arasındadır. Yəni, kimlərinsə bahalı həyatı göstərilir və kasıb təbəqə üçün nifrət toxumu səpilir. Onu tez əldə etmək istəyi yaranır”.

Valideynlərin təfəkkür səviyyəsinə toxunan G. Hüseynova ciddi boşluqlardan danışıb:

“Əvvəlki illərdəki valideynlərlə indiki valideynlərin təfəkkürü və fədakarlıq səviyyəsi eyni deyil. Əvvəllər hər kəsin büdcəsi bir idi. Bu övladlar arasında ədalətli paylanırdı. İndi isə bir övlada yardım edilir, digəri kölgədə qalır. Belə olan halda, həmin övladın iqtisadi və ailə durumuna təsir göstərən meyarlar arasındadır. Yaxud da bir övlad üçün ev alınır, dəstək olunur, digəri kənarda qalır. Bu həm iqtisadi ədalətsizlik, həm də ailə modelinin dəyişməsi deməkdir. Əvvəllər yaşlı nüfuz hər övladı üçün bir tikirdi, alırdı. Gücü çatdığı qədər öz iqtisadi-maliyyə azadlığından imtina edib övladları üçün nəsə etməyə çalışırdı. Lakin indi bu nadir hallarda baş verir”.

 

Dəniz Pənahova