Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub

Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərinin 1 və 3 nömrəli xəstəxanalarının baş həkimləri dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.

O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.