Beynəlxalq Təhsil Mərkəzinə Gəncənin fəal Gənclərindən olan Əliyev Teymur Ayaz oğlu direktor təyin olunub
Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeganə Azərbaycan diasporunun lideri beynəlxalq təhsil proqramları üzrə mütəxəssis Türkiyə və Şimali Kiprin ilk özəl universiteti sayılan Girnə Amerikan Universitetinin Millətlərarası təhsil proqramları departamentinin direktoru Orxan Həsənoğlu Gəncə şəhərində Gəncə Tədrisin İnkişafı Mərkəzi və Gəncə İntellectual School adlı təhsil mərkəzi açıb. Beynəlxalq Təhsil Mərkəzinə Gəncənin fəal Gənclərindən olan Əliyev Teymur Ayaz oğlu direktor təyin olunub.
Bunu Teymur Əliyev TİA.AZ saytına aciqlamasında bildirib: “ Altı ildir şəhərimizin içtimai sektorunda fəaliyyət görsədirəm. Ölkə prezidenti cənab İlham Əliyevin Respublikada apardığı uğurlu siyasət məhs Gənclər sektorunda da geniş şəkildə biruzə verir. Şəhərimizin İcra Başçısı Elmar Vəliyev Gənclərə diqqət ayırıb bir çox mühüm vəzifələri onlara həvalə edir.
Bu gün təyin olunduğum vəzifədə onun diqqətinin nəticəsidir. Bir gənc olaraq İki müəssisəyə rəhbərlik etmək əlbəttə ki, olduğundan çox çətindir. Ancaq mən öz peşəmi sevdiyim üçün çalışacam ki, mənə göstərilən ehtimadları doğruldub, yeni uğurlar qazanım. Rəhbərlik edəcəyim tədris mərkəzi yerli və beynəlxalq layihələrin təşkili ilə diqqət mərkəzində olacaq. Gəncədə ilk dəfə olaraq yaradılmış xarici dil mərkəzində ispan, fransız, ingilis, rus,italyan ,türk dilləri həm yerli həmdə xarici mütəxəssislər tərəfindən tədris olunacaq. Özəlliklə vurğulamaq istərdim ki , şəhid övladlarına mərkəzimizdə təhsil pulsuzdur. Məcburi köçkün, hərbçi, valideyn himayəsindən məhrum olan uşaqlara mərkəzimizdə təhsildə bir çox güzəştlərimiz olacaq. Gəncə şagirdlərinin və tələbələrinin beynəlxalq və yerli olimpiadalarda çıxışı bir çox təlimlərdə iştirakı da nəzərdə tutulub. Eyni zamanda Mərkəzimizdə tələbələr üçün karyera mərkəzi yaradılıbdır. Bir daha Mərkəzin Şəhərimiz üçün uğurlu olmağını arzu edirəm .Yeni təmirdən çixmış binamıza hər kəs yaxınlaşıb tanış ola bilər.
NÜŞABƏ
TİA.AZ