Gəncə şəhəri Mollla Pənah Vaqif adına 8 nömrəli məktəbdə 11-ci sinif şagirdi Raul Rəhimovun bıçaqlanması və ölümü ilə nəticələnən hadisə sözügedən məktəbdə baş verən ilk hadisə deyil. Məktəb kriminal məktəb kimi tanınır.Tribunainfo.az yazır ki, 2022-ci ilin aprel ayında da 8 nömrəli məktəbdə bıçaqlanma hadisəsi baş vermişdi.
Belə ki, 2022-ci ildəki hadisə zamanı məktəbin 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Səbinə (şərti adlı) hadisədən sonra məktəbdən qaçımışdı.
Məktəbdən bildirilmişdi ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib.
9-cu sinifdə oxuyan qız özü ilə gətirdiyi kəsici alətlə sinif yoldaşının boğaz nahiyəsinə xəsarət yetirərək qaçmışdı.
Xatırladaq ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. R.Rəhimov xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.məlumata görə, məktəblini bıçaqlayan şəxs bu cür davranışlarına görə bir müddət öncə məktəbdən uzaqlaşdırılıb.