Gəncədə, xəstəxanada FACİƏVİ hadisə baş verdi

Gəncədə, xəstəxanada FACİƏVİ hadisə baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yerləşən xəstəxanada faciəvi hadisə qeydə alınıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 20-də Gəncə Şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxananın Travmatologiya və Ortopediya şöbəsində baş verib.

Məlumata görə, 72 yaşlı A.F. (şərti ad) həmin gün xəstəxanaya müraciət edib. Müayinə zamanı onun şəkərinin yüksək olduğu müəyyən olunub.

Həmçinin, xəstənin barmağında qanqrena aşkarlanıb. Xəstəyə ambulator müalicə təyin olunub, sistem qoşulub və 21 oktyabr tarixi üçün əməliyyat planlaşdırılıb.

Lakin bu gün saat 16:00 radələrində A.F. ikinci mərtəbədən özünü aşağı atıb. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Dəniz Pənahova