Gəncə şəhərində 10 yanvar 2017-ci il tarixində “Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir təşkil edilib.
Gəncə şəhərində 10 yanvar 2017-ci il tarixində “Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir təşkil edilib.
Təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak edib.
Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verib. “Qanuvericiliyin izahı və məlumatlandırma” mövzusunda Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təqdimat edib. Təlimdə ünvanlı sosial yardımla bağlı çoxsaylı suallar verilib.
Sualları hüquqşünas Səbuhi Abbasov və DSMF-nin mütəxəssisi Vüsal Hacıyev və ekspert Rövşən Novruzov cavablandırdı.VEMTAS sisteminə sənədin yüklənməsi ilə bağlı konkret olaraq, Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olunub.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.