Döyülərək öldürüldüyü iddia edilən, gənc ömrü yarımçıq qalan Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb. Belə ki, bir neçə gün öncə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb:
“Dövlət İmtahan Mərkəzi tərəfindən SMS bildiriş göndərilib: “İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”.
Eyni zamanda 09.03.2025-ci il tarixində keçirilən DİM-in 11-ci sinif buraxılış imtahanında isə 204 bal (300 baldan) toplayıb.
Təhsilinə xüsusi önəm verən Elgün bu nəticəni əldə etmək üçün aylarla əziyyət çəkib. Lakin onun taleyinə çalışqanlığının bəhrəsini görmək, uğurunu ailəsi ilə bölüşmək yazılmadı.
Allah rəhmət eləsin”.
Nigar İxtiyarqızı