Gəncədə növbə üstündə dava: 48 yaşlı kişinin gözü töküldübackend

Gəncədə növbə üstündə dava: 48 yaşlı kişinin gözü töküldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xəsarət alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, dərhal Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib. E. Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb