Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib. “X-Club” adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri – 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.