Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb.
Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb.
Ü.Əliyeva Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Ü.Əliyevanın qohumları hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər.
Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığından boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqası ailə həyatı qurub.
Faktla bağlı araşdırmalara başlanıb. (report)