Gəncədə dəhşət: Benzinlə dolu qabı insanların üstünə atdı – 3 nəfər yandı

Gəncədə dəhşət: Benzinlə dolu qabı insanların üstünə atdı – 3 nəfər yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə 3 nəfərə yanıq xəsarəti yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisi benzinlə dolu plastik qabı yandıraraq üzərilərinə atılması nəticəsində xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.