Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ölən şəxslərin sərdabələrdə dəfn edilməsi geniş yayılıb.

Elə buna görə də, şəhər qəbiristanlıqlarında hətta yaşı 100-ə çatan məzarlar var.
Bu sərdabələrdə dəfn edilən insanlar torpağa tapşırılmır. Meyit tikilinin içində saxlanılır.
Maraqlıdır, bu cür dəfn formaları İslam dininin qaydalarına uyğundurmu?
Din xadimi Asif Əliyev bildirib ki, cənazəni sərdabəyə qəbir olmadan qoymaq İslam dininə görə çox böyük günahdır:
“Sərdabənin içində qəbir olmalıdır. Burada niyyət odur ki, insan torpaqdan yaranıb, torpağa da qarışmalıdır. Hər bir müsəlmanın qəbir evi olmalıdır”.
Daha ətraflı Baku TV-nin süjetində: