Gəncədə daha bir məktəbli insidenti: 9-cu sinif şagirdi bıçaqlandı

Gəncədə daha bir məktəbli insidenti: 9-cu sinif şagirdi bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb.

Tribunainfo.az  Oxu.az-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü M.Yusufzadə küçədə bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub.

İlkin araşdırmalarla M.Yusufzadənin həmyaşıdı tərəfindən bıçaqlandığı bildirilir.

M.Yusufzadə orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.