Gəncədə bu idarə milyonluq tender keçirirbackend

Gəncədə bu idarə milyonluq tender keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTB) özünün yeni tenderini elan edib. Tribunainfo.az xəbər verir ki, son iki ayda 10 milyon manatlıq satınalma müqaviləsi imzalayan qurum, bu dəfə daha bir milyonluq işə girişib.
Belə ki, MKTB Gəncədə “Mənzil Fondunun əsaslı təmir işləri” ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınmasını reallaşdırmağa hazırlaşır. Bu məqsədlə isə 1.038.804,74 manatlıq tender elan edib.
Qeyd edək ki, Gəncə MKTB-nin də adı tender məsələlərində xoş olmayan söz-söhbətlərə səbəb olub. Bu qurumun bir neçə şirkətlə gizli sövdələşdiyi, qiymətləri məqsədli şəkildə şişirtdiyi iddia olunur.