Gəncədə avtobusun xəndəyə aşmasının – Anbaan videosubackend

Gəncədə avtobusun xəndəyə aşmasının – Anbaan videosu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Gəncə şəhərində 1 nömrəli müntəzəm marşurut xətti üzrə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq bina tikintisi üçün qazılan xəndəyə aşıb.

Tribunainfo.az həmin anın görüntülərini təqdim edir:

Qeyd edək ki, qəza zamanı altı nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub. Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.