Gəncədə 15 yaşlı yeniyetmə BIÇAQLANDI: Sinif yoldaşı saxlanıldı

Gəncədə 15 yaşlı yeniyetmə BIÇAQLANDI: Sinif yoldaşı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yeniyetməni bıçaqladığı ehtimal edilən şəxs müəyyən edilərək saxlanılıb.

Tribunainfo.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 15 yaşlı yeniyetməni öz sinif yoldaşı bıçaqlayıbmış.

İyunun 5-də yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü şəxsin kəsici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-ci il təvəllüdlü R.İ. saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.