Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat İdarəsi elan etdiyi tenderi barədə açıqlama verməyə hazırlaşdığı vaxt, məlum olub ki, onun nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, xüsusi geyim formasının satınalınması üzrə elan edilmiş müasabiqənin dəyəri 256.778,80 manat olub.
Rəsmi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı AİBNDX/SQ-7357/2024 nömrəli qərar qəbul edib. Həmin qərara əsasən tender ləğv edilib. Qərarda isə bildirilir ki, Gəncə MKTİ qanunun bir sıra tələblərini pozub