Gəncə həbsxanasında məhkum öldü

Gəncə həbsxanasında məhkum öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.

Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Vədət Vaqif oğlu Sadıqov təcridxanada dünyasını dəyişib.

İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.

Məlumata görə, o, məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilibmiş.