Gəncə Dövlət Universitetində “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənişsiz kurslar təşkil olunub. Gəncə Dövlət Universitetində “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənişsiz kurslar təşkil olunub.
Kurslar Dövlət Qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılacaq. 3 ay müddətində davam edəcək kurs zamanı tələbələr qanunvericilk, informasiya texnologiyaları və məntiq üzrə biliklərini artıracaq, sınaqlarda iştirak edəcəklər.
Kursun sonunda tələbələr Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrəKomissiyanın beşinci təsnifata uyğun olan vakant vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqəyə qatılacaqlar.
Gənclər 24 fevral saat 17:00-dək GDU Tələbə Gənclər Təşkilatına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Dərslərə 1 mart 2017-ci il tarixdən start veriləcək.
Qeyd edək ki, universitetdə ödənişsiz magistraturaya hazırlıq kursları da fəaliyyət göstərir. Eyni zamanda xarici dil kurslarının açılmasıda nəzərdə tutulur.