Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, məhkəmədə təhsil idarəsi ilə bağlı iddianı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi qaldırıb.
İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Podrat müqavilə səbəbindən iki qurum məhkəməlik olub.
İşə 1 may tarixində Gəncə Kommersiya Məhkəməsində hakim Gülnaz Quliyevanın sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar