Gəncə Beynəlxalq Xəstəxanasının əmtəə nişanının sahibi “SYNERGY MEDICAL” MMC-nin dövlətə külli miqdarda vergi borcu var.
Tribunainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Xəstəxanasının Dövlət Vergi Xidmətinə 2711632.46 manat vergi borcu yaranıb.
Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.