Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam”ın premyerası keçirilib-VİDEObackend

Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam”ın premyerası keçirilib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 noyabr, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” adlı monotamaşanın premyerası keçirilib

Teatrın mətbuat katibi Samirə Əşrəfin Tribunainfo.az -a verdiyi məlumata görə alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanan “Mən Feyerbaxam” adlı monotamaşa Əməkdar artist Şövqi Hüseynovun təqdimatında nümayiş olunub.

Bir hissəli səhnə əsərinin bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

Səhnə əsərində Əməkdar artist Şövqi Hüseynov iştirak edib.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

Qeyd edək ki, monotamaşa ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.