28 fevral, saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının “ArtStudiya” teatr studiyasında hazırlanan “Ana” tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən Tribunainfo.az-a verilən məlumata görə tanınmış Çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşviq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır.
Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.
1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir.