Gənc oğlan küçədə davranışına irad bildirən şəxsi bıçaqladı – HƏBSbackend

Gənc oğlan küçədə davranışına irad bildirən şəxsi bıçaqladı – HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Əhmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 09 may 2023-cü il tarixdə, saat 19:00 radələrində Ağdaş şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Mahir Əhmədov küçədə digər dostları ilə gedərkən zərərçəkmiş Babək Həsənov (şərti) ona və yanındakı şəxslərə davranışları ilə bağlı irad bildirib. Bu səbəbdən hər iki şəxsin arasında mübahisə yaranıb. Sonra zərərçəkmiş uzunqol gödəkçə ilə Mahirin sifətinə vurub. Nəticədə təqsirləndirilən şəxs üzərindəki bıçaqla qəsdən Babəkin qarın nahiyəsinin sağ tərəfinə 1 zərbə endirərək ona xəsarət yetirib.

 

Qeyd: Babək Həsənov daha əvvəl oğurluq və xuliqanlıq maddələri ilə həbsdə olub.