Əmrah Mövsümov kompüter, internet və informasiya texnologiyaları üzrə mütəxəssis, elektrotexnika, elektronika və mexanika üzrə mühəndisdir.
Əmrah Mövsümov kompüter, internet və informasiya texnologiyaları üzrə mütəxəssis, elektrotexnika, elektronika və mexanika üzrə mühəndisdir.
2015-ci ildən gənc mütəxəssis Əmrah Mövsümov “Xüsusi İnformasiya Təhlükəsizliyi Xidmətinin” təsisçisi və rəhbəri olub. Həmçinin 2015-ci ildən etibarən Azərbaycan- İsrail Beynəlxalq Tibb Mərkəzinin mətbuat ximətinin katibidir. Eyni zamanda Əmrah Mövsümov Azərbaycan – İsrail Beynəlxalq Tibb Mərkəzinin prezidenti və “AQRO-Biznes LTD”-nin vitse- prezidenti, İsrailin Azərbaycandakı xoşməramlı səfiri, “Beynəlxalq İnsan Hüquqları üzrə Mühafizə Komissiyasının” eksperti, diplomat, doktor Aleksandr Şapiro Sulimanın yaxın dostu, strateji məsləhətçisi və onun şirkət və qurumları üzrə mətbuat katibidir. Bununla yanaşı o, Azərbaycan-İsrail Dostluq Alyansının təsisçisi və rəhbəri olub. “Röyal-Society”-nin həmtəsisçisi və rəhbəri olub. 2016-ci ildən “Röyal Tour International” turizm şirkətini qurub.
Əmrah Mövsümovun fəaliyyət sferası humanitar, mədəniyyət, incəsənət və təhsil sahələrində də çoxşaxəlidir. Gənc mütəxəssis Ə.Mövsümov bir çox elmi-teorimlərin və fəlsəfi fikirlərin banisidir. Bu fəlsəfi ideologiyalara “Öz külündən doğan kainat” və “Psixoloji Zirvə” nəzəriyyələri aiddir. Həmçinin “Sonsuzluq və Yoxluq arasındakı əlaqə”, “Yoxluq və Varlıq arasındakı əlaqə” elmi-nəzəriyyələrin tədqiqatçısı, “Burulğanvari Kainatın İnkişafı” modelinin, öz-özünü qidalandıran enerji motorunun ixtiraçısı, qeyri-müəyyənlikdəki dərin müəyyənlik fikrinin banisi, üçbucaq effektinin, mərkəzdən yayınma qüvvəsi teoreminin, taktikoloji düşüncə teoreminin qurucusudur. Əmrah Mövsümovun yaradıcılıq fəaliyyətinə “Düşünmək və Düşündürmək” adlı kitabı da daxildir. Hazırda gənc yazıçı və şair Ə.Mövsümov Azərbaycan Yazıçılar İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda RNET adında sosial şəbəkəni təsis edir. Xüsusi internet texnologiyaları, xüsusi informasiya təhlükəsizliyi xidmətinin əsas fəaliyyəti istiqaməti bütün internet sistemində kompüterlərdə və serverlərdə təhlükəsizliyini təmin edir. Gənc insanın həyat hekayəsi maraqlı gəldiyindən onunla müsahibə almaq qərarına gədlik:
– İxtira etmək marağı hardan qaynaqlanır?
– Ən böyük arzum elmin işığı ilə bütün cəmiyyəti aydınlatmaqdır. Yəni, aydınlanmış bir cəmiyyət arzusu ilə yaşayan insanlardan biriyəm. Mən özümü üstün hesab etmirəm. İnanıram ki, Azərbaycanda mənim kimi düşünən həddindən çox insan var. Azərbaycan özü zəngin bir ölkədir. İxtira marağım mənə uşaqlıqdan gəlir, çunki mən uşaqlıqdan araşdırmaq marağında olmuşam və araşdırmağı cox sevirəm. Müəllimlərim analitik beynimin güclü olduğunu deyirdilər.
Həyatda boşuna yaşamaq lazım deyil. Uğur qazanmaq, iz qoymaq lazımdır. Mən də bu izi qoymaq üçün müəyyən yollara üz tuturam. Əks halda insan unudular. Mənim fikrimcə bir insan həyatda ya inkişafı seçər, ya da məhv olmağı. Mən inkişafı seçdim ki, məndən sonra məni xatırladacaq bir şeyler qalsın dünyada. Qəbiristanlıqdaki o milyonlarla, bəlkə də on milyonlarla insanlar yaşayıb ölüb. Onlardan biri kimi boşuna yaşayıb ölmək istəmirəm. İz qoymaq istəyirəm. İnsanlığa bəşəriyyətə fayda vermək istəyirəm.
–Hədəfiniz Nobeldimi?
– Mənim həyatda hədəfim nə puldur, nə də mükafatlar. Əsas hədəfim vətənimizin, millətimizin, dövlətimizin daha yaxşı yaşaması, daha üstün bir cəmiyyətə sahib olması yönündədir. Əslində mənim bütün fəaliyyətlərim tarixə iz qoyacaq insanlardan birinin çırpınışları kimi qəbul olunmalıdır. İstəyirəm Azərbaycanı dünyaya layiqincə tanıda bilim.
– Azərbaycana hansı yenilikləri gətirmək istəyirsiniz?
– Azərbaycan tolerant bir dövlətdir. Hər bir millət bizim vətənimizdə rahat yaşaya bilir. Hər bir dinə, inanclara, millətlərə qarşı hörmət göstərilir. Mən Azərbaycan xalqının daha gözəl yaşaması üçün, dünyada insanlığın daha gözəl inkişaf etməsi üçün kəşflər edirəm. Kəşflərimin bəzisi uğurlu olur. Eləsi də var ki, uğurlu olmur. Azərbaycanın gücünə güc qatmaq istəyirəm.
– Potensiallı gənclərimiz özlərini doğruldan kimi xaricə üz tuturlar. Gənclərimiz ən nəhəng şirkətlərdən səsləri gəlir. Sizin də belə bir fikriniz varmı?
– Mənim xaricdə yaşamaq fikrim yoxdur. Mən Azərbaycanda yaşayıb, insanlara xidmət etmək istəyirəm. Bütün insanlara xidmət etmək üçün əlimdən gələni etməyə çalışacağam. Heç bir yerə qaçmayacağam. Hərənin bir fikri var. Mən bütün çalışmamı burada başlamışam və buranı da atıb gedə bilmərəm.
-İxtiralarınızdan danışaq. Öz -özünü qidalandıran enerji motorunun ixtirası necə yarandı?
– Öz-özünü qidalandıran enerji motorunun necə fəaliyyət göstərməsi haqqında mən sizə heç bir informasiya verməyəcəyəm. Çünki hələ patentini almamışam. Patentini aldıqdan sonra sizə məlumat verəcəyəm. Əvvəlcədən məlumat yayılsa, o zaman başqa birisi oğurlaya bilər. Mən o riski qarşıma almaq istəmirəm. Ona görə də məlumat verməyəcəyəm. Bunu üzürlü hesab edin. Yalnız onu deyə bilərəm ki, öz-özünü qidalandıran enerji matorunun kəşfi, əslində mənim itən enerjini geri qaytarmaq üçün etdiyim çalışmalarımın nəticəsidir.
Mənim ən böyük arzum itən bir şeyi geri qaytarmaq olub. Hətta zamanı belə geri qaytarmaq istədim. İtən enerjini geri qaytarmaq fikrinin üzərində mən, 3 il çalışdım. Sonunda bacardım. İnşallah, mən patenti aldıqdan sonra bunun kütləvi istehsalı üçün əlimdən gələni edəcəm.
–Sonsuzluq və yoxluq, yoxluq və varlıq anlayışına sizin mövqeyinizdən baxmaq istəyirik.
– Mənə görə sonsuzluq əslində yoxluqla yoxluq isə varlıqla bağlantılıdır. Yəni həyatda gördüyümüz hər bir şey bir-biri ilə bağlantılıdır. Mən sadəcə bu kəşfimdə onları bir-birinə bağlayan telləri tapmışam. Yəni, böyük bir şey etməmişəm. Sadəcə onların bir-birinə bağlantılarını kəşf etmişəm. Necə bir-birlərinə uzandıqlarını kəşf etmişəm. Heyif ki, çox insana demişəm, lakin onlar məni anlamayıblar. Bu mənə çox çətinlik yaradıb, çünki insanları necə bir iş olmasını başa sala bilməmişəm.
Yoxluq bir şeyin yoxluğudur deyirlər. Mənim fikrimə görə, belə deyil. Yoxluq özü bir varlıqdır. Biz yoxluq deyəndə fəlsəfi bir varlıq yaradırıq. Yoxluğun varlığını. Varlıq deyəndə isə, gördüyümüz kimi bir yoxluq var. Bildiyimiz kimi, hər şey həyatda atom və molekullardan ibarətdir. Molekullar atomlardan, atomlar isə enerjidən. Həyatda gördüyümüz hər şey enerjidir və enerjinin tək bir izahı var. O, var olan yoxluqdur, çünki enerjinin dadı, iyi, hissiyatı yoxdur, amma təsirləri var.
–Hansi filosofları bəyənirsiz?
– Ən çox Dekartı, Aristoteli bəyənirəm. Çox filosoflar var ki, onların əsərlərini oxumuşam və bəyənmişəm. Mən özümü heç vaxt filosof kimi qəbul etmədim. Fəlsəfə mənim həyat tərzim olub, mənim hər sözüm fəlsəfədir.
-UNESCO-a nə üçün dəvət olunmusunuz?
– UNESCO-a dəvət mətnini sizə göndərmişəm. Müəyyən iclas vardır ki, ona dəvət olunmuşam. Keniya ilə bağlı orda bəzi problem var. Onları müzakirə üçün çağrılmışdım. Sağ olsunlar, yaxın dostlarım UNESCO – da fəaliyyət göstərirlər və onların sayəsində oraya dəvət olundum. Mənim Turkiyədə alternativ enerji üzrə professorluq dərəcəsi alan, İngiltərədə Röyal Akademiyasında fəaliyyət göstərən professor dostum var. Eyni zamanda İngiltərədə elmi işlər aparan bir çox dostum var .
-Turizm şirkətinə də sahiblik edirsiz. Bu qədər işi bir yerə sığışdırmaq çətin deyil ki?
– Əslində qeyri-mümkün deyə bir şey yoxdur. Mən bu qədər işi necə bacarıram? Sadəcə bunu belə izah etmək istəyirəm. Qeyri-mümkün olan bir şey yoxdur. Şirkətim turizm şirkətdir. Əlbəttə, bütün işləri özüm etmirəm. Mən söz deyirəm və göstəriş verirəm. Sadəcə onları işçilər yerinə yetirir. Burada mənim heç bir işim yoxdur, sadəcə mən strateji beyinəm, yəni rəhbər olaraq göstəriş verirəm.
– Şeir də yazırsız. Poeziyaya məhəbbət hardan qaynaqlanır? Universallıq məcunu içməmisiz ki?
– Mən sevgini yaşamasam sevgiyə aid şeirlər yaza bilməzdim. Mən bir şeyi yaşadıqdan sonra yazıram. Əslində mən şeir yazıram. İçimdəkiləri bir vərəqə tökmək istəyirəm. Stresli və darıxan vaxtlarımda həmişə şeir yaziram, çünki şeir yazmaq məni çox pozitiv yükləyir, rahatlandırır. Eləcə də elmi işlər yazmaq, tədqiqat aparmaq, araşdırmalarla məşğul olmaq, məni rahatlandırır.
Elə bu qədər işi bir yerə toplamaq universallıqdır. Mənim kimi çox insan olub. Özümü o dahilərlə bir tutmuram. Misal üçün Da Vinçi bir çox işlə məşğul olub, araşdırmalar aparıb. Sizcə, necə edib bunları? Əlbətdə ki, həvəs olub. Məncə, işlərin təməli- istək, inamdır.
Həyatdakı bütün mübarizələrim elm üzərinədir, aydınlanma üzərinədir. Bilirsiniz, nəinki Azərbaycanda, dünya çox böyükdür, yəni, bu cahillik qaranlığı insanları bürüyüb. Mən bu cahilliyə son gətirmək istəyirəm və bunun üçün əlimdən gələni etməyə hazıram. Mən istəyirəm səbəbsiz yerə insanlar bir şey etməsinlər. Nə yaşadıqlarını, nə etdiklərini hər şeyi sorğulasınlar, çünki sorğulanmayan bir həyatı yaşamağa dəyməz!
Mənim çox güclü yerlərdə bağlantılarım var. Amma ki, etdiyim heç bir kəşfdə onlardan yararlanmadım. Özüm olmağa çalısdım. Özüm çırpınaraq, yaşamağa çalısdım, özüm kəşf etməyə çalışdım, özüm iz qoymağa çalışdım. Qəbirstanlıqda daşlara baxanda hər bir insan yaşayıb, hər bir insan gülüb, əylənib, qəzəblənib, hirslənib. Amma vaxtı gələndə hamısı ölüb. Onların da xəyalları vardı, onların da arzuları, istəkləri vardı və mən dedim ki, mən öz arzu, xəyallarımı, istəklərimi niyə də reallaşdırmayım. Axı, mənim əskikliyim nədir digərlərindən? Bu, mənə motivasiya verdi və mən yaşayan ölü olmağı seçmədim.
Məncə bir şeyi yaratmaq iz qoymağın ən gözəl formasıdır. Nizami kimi, Fizuli kimi olmasamda, özümü onlar kimi dahi qəbul etməsəm də, amma ən azından çırpınmaq, çalışmaq gözəldir. Bir zirvəyə çatmanın müxtəlif yolları ola bilər. Gedə bilərsən, çata bilərsən. Bir zirvəyə özün yol tapıb çatdıqda özün iz qoyursan. Tarix səni xatırlayar. Mən bütün insanlara səslənirəm. Bütün Azərbaycana, bütün millətlərə, bütün dünyaya səslənirəm. Bacara bilməyəcəyiniz iş yoxdur. Təcrübə edin!
Sizi tarixin tozlu səhifələrinə belə layiq görməyən insanlari dinləməyin. İnanın mənə də dedilər. Mən dinləmədim. Peşman da deyiləm! Dinləmədiyimə görə, bacarıram . Kəşf, ixtiralar edirəm, yüksəlirəm. Ən əsası ruhumu dinləndirirəm. Mən musiqini də çox sevirəm. Əsas klassik musiqini dinləyirəm. Şopeni, Bethoveni dinləyirəm. Ən çox sevdiyim klassik musiqidir. Çünki beyni rahatlandırır, inkişaf etdirir. Qaranlıqda fikirləşməyi çox sevirəm. Həyatımın mənasını fikirləşməyi sevirəm. Çox insan mənə deyir ki, düşünmək nəyə lazımdır? Yenə deyirəm, düşünmək yaşamaqdır!
Dekard gözəl deyib “düşünürəm- demək yaşayıram”. Yaşamaq üçün düşünmək önəmlidir, düşünmək müdrikliyin toxumudur, düşünmək hər şeydi.
Mən inanıram ki, elə bir dövr gələcək ki, heç kim bir -birini dininə, millətinə, irqinə görə fərqləndirməyəcək. İnsanlar bir- birini insan olduğu üçün sevəcək, bir- birinə qardaş kimi baxacaq. Mən o günün arzusundayam , o günün xəyalları ilə yaşayıram. İnanıram ki, o gün yaxında gələcək.
Mən düşünməkdən başqa sevməyə də önəm verirəm. Çünki həyatın bir mənası da sevməkdir. Gəlin, bizə pislik edəni də sevək, nifrət edəni də sevək! Hər kəsi sevək! Nifrət etməklə heç bir şey qazana bilmərik. Sevməklə çox şey qazana bilərik. Gəlin, ruhumuzu nifrət çirkabından çıxarıb, sevgi ilə taclandıraq.
Sevgi özü bir qidadır. Sevgi yaralı qəlbin, ruhun qidasıdır. Sevmək özü bir qidadır. Ən gözəl dərmandır sevgi. Düşünmək yaşamaqdır demişdim bayaq. Bəli, insan həyatının mənası düşünmək… Mən düşünməsəm, yaşaya bilmərəm. Düşünməsək bizim otdan, qayadan, heyvandan bir fərqimiz qalmaz. Düşünmək bizə həyat verir. Düşünmək bizi biz edəndir. Mən yəhudi millətini çox sevirəm. Çünki onlar düşünməyi bacarır. Türk millətinin nümayəndəsi olaraq onlara çox dəyər verirəm. Çoxlu yəhudi dostlarım var. Eyni zamanda yəhudilər çox gözəl və təmiz qəlbli, yardımsevər olurlar. Buna görədə yəhudiləri sevgim böyükdür.
İlahə